AFFA rəsmisini döyən oyunçuya ağır cəza verilib


16:23     08 Aprel 2022 22_04_08_1649417032.jpg

AFFA İntizam Komitəsi "Rəvan" komandasının futzalçısı Sabir Həsənovu 1 il müddətinə futbolla əlaqədar hər hansı fəalliyətlə məşğul olmaq hüququndan məhrum edib.

Buna oyunçunun İkinci Liqada “Timsport"la görüşdə AFFA rəsmisini təhqir etməsi və ona fiziki təsir göstərməsi səbəb olub.

Həsənov 26-cı dəqiqədə aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan qovulandan sonra bu addımı atıb. Futzalçı yenidən meydana daxil olaraq hakimlər briqadasını da təhqir edib.

Açar sözlər:

Oxunub: 343