Ombudsmandan gənclərə çağırış - Narkotiklə bağlı
13:35 13 Oktyabr 2019
"Narkomaniya bütün dünyada ən böyük problemlərdən biridir. Çünki dünyada narkobizneslə məşğul olanlar narkomaniyanın yayılmasında maraqlıdırlar".
Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Liderlik məktəbi"ndə yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib.
O bildirib ki, narkotacirlər bu pis vərdişin yayılması ilə gəlir əldə edirlər: "Bu gün narkotik maddə satışı dünyada ən böyük biznesdir. Təəssüflər olsun ki, narkotikə qurşanan gənclər heç bir faydalı işlə məşğul ola bilmirlər. Xüsusən də, oğlan uşaqları diqqətli olmalıdır. Çünki oğlanlar siqaretə tez qurşanır və bununla da onlarda asılılıq yaranır. Asılılıq yarandıqdan sonra isə onlar istənilən yolla pul tapıb narkotik maddə almağa çalışacaq. Hətta buna görə oğurluğa da əl atacaqlar".
Ombudsman narkotik maddədən qaçmaq üçün gəncləri siqaret çəkməkdən uzaq durmağa çağırıb: "Bəzi hallarda deyirlər ki, kişi deyilsən? Siqaret niyə çəkmirsən? Ona demək lazımdır ki, elə kişiyəm ki, siqaret çəkmirəm. Siqaretin tərkibində olan maddələr asılılığa gətirib çıxara bilirlər".
Femida.az
Oxunub: 691
Oxşar xəbərlər
- Ombudsmandan ermənilərin basdırdığı minalarla bağlı MÜRACİƏT
- Ombudsmandan Soyqırım BƏYANATI
- Ombudsmandan “ipoteka” təklifi
- Ombudsmandan Avropa Ombudsman İnstitutuna açıq etiraz məktubu
- Ombudsmandan Şuşanın azad olunması ilə bağlı təbrik
- Ombudsmandan yeni xəbər var
- Ombudsmandan miqrantlarla bağlı tövsiyə
- Ombudsmandan əlilliyi olan şəxslərlə bağlı müraciət
- Ombudsmandan girovluqda saxlanılan Elvin İbrahimovla bağlı AÇIQLAMA
- Ombudsmandan pensiya ilə bağlı tələb: "Bu şəxslər işdən çıxarılmasın!"