54 minə yaxın şagirdin yerdəyişməsinə icazə verildi
20:01 14 Oktyabr 2019
Cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.
Təhsil Nazirliyindən Femida.az -a verilən məlumata görə, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 min 830 müraciət daxil olub. Onlardan 53 min 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.
Elektron yerdəyişmə prosesi ilə bağlı sorğuların qəbulu oktyabrın 21-dən etibarən davam etdiriləcək.
Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında məsafənin azaldılmasında, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilində mühüm rol oynayır.
Femida.az
Oxunub: 503
Oxşar xəbərlər
- 54 nəfər borca görə saxlanıldı
- 542 obyekt sanitar-epidemioloji tələbləri pozub
- 544 nəfər Azərbaycan vətəndaşlığına qəbulla bağlı müraciət edib
- 545 nəfər “ASAN xidmət”ə müraciət edib - Ovçuluq biletinə görə
- 54 yaşlı kişi bıçaqlanıb
- 54 minə yaxın şəxs işlə təmin olunub
- 54 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb
- 54 nəfərin adı əfv siyahısına salındı - Kimlər olacaq?
- 546 azərbaycanlının məzarı məlum deyil - MEK
- Sumqayıtda FACİƏ: 54 yaşlı kişi metaləritmə sexində yandı