"Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib" - Fransalı deputat
19:10 15 Oktyabr 2019
"Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib".
Bunu Report-a Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvü, deputat Gi Briku (Guy Bricout) bildirib.
O, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə əlindən gələni edəcəyini vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Mən özüm müxalif partiyadan seçilmişəm. Lakin əlimdən gələni edəcəyəm ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini artırsın və bu problem öz həllini tapsın".
Deputat Azərbaycanın Fransada mötəbər beynəlxalq tədbirlər sayəsində tanındığını bildirib: "Fransada, əsasən, Ermənistan haqqında danışılır. Fransa mətbuatı da daha çox Ermənistandan yazır. Azərbaycan dünya çempionatı, "Formula 1" və bu kimi digər mötəbər tədbirlərlə əlaqəli xatırlanır. Mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl reallığı yalnız Azərbaycanda olduğum zamanı anladım".
Femida.az
Oxunub: 474
Oxşar xəbərlər
- Azərbaycan və Fransa XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
- Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb
- Fransa Ukraynaya humanitar yardımı 2 milyard dollara çatdıracaq
- Fransa Maliyyə Nazirliyi rusiyalı iş adamlarının mülklərinə həbs qoyub
- Bu gün Fransada prezident seçkilərinin ikinci turu keçiriləcək
- Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub
- Fransa Ukraynaya 300 milyon avro maliyyə yardımı göndərəcək
- Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb
- Fransa 10 minə yaxın hərbçisini səfərbər edəcək
- Çempionlar Liqasının finalı Rusiyadan alınaraq Fransaya verilib