Fransada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma qeydə alınıb
11:58 20 May 2022
Fransa “meymun çiçəyi” xəstəliyinin yayıldığı növbəti Avropa ölkəsi ola bilər. Paytaxtın İl-de-Frans bölgəsində bu xəstəliyə yoluxma ehtimalı olan ilk hal qeydə alınıb.
Bu barədə Femida.az BFM TV-yə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, Fransada “meymun çiçəyi” xəstəliyinin aşkarlanması ilə bağlı ilk mümkün hadisə barədə məlumat səlahiyyətli orqanlar tərəfindən tibb təşkilatlarına göndərilib.
Lakin bunun hansı xəstə olduğu barədə hələ heç bir məlumat verilməyib.
“Meymun çiçəyi” nadir, lakin potensial təhlükəli infeksiyadır. Adətən qripə bənzər xəstəlik və limfa düyünlərinin şişməsi ilə başlayır və sonra üzdə və bədəndə geniş yayılmış səpkilərə çevrilir.
Eyni zamanda hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqlar müşahidı edilir. Dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymun, siçovul, dələ və digər kiçik məməlilərin yaydığı virusdan qaynaqlanır.
Bununla birlikdə, elm adamları virusun insandan insana keçməsinin çox nadir olduğunu və bunun koronavirus qədər asanlıqla yayılmadığını bildiriblər.
“Meymun çiçəyi” 2017-ci ildə Nigeriyada 40 illik fasilədən sonra yenidən ortaya çıxıb. O vaxtdan bu günə kimi Afrika ölkəsində 218, Nigeriyadan gələn beynəlxalq səyahətçilərdə isə 8, o cümlədən 2021-ci ilin iyulunda ABŞ-ın Texas ştatında bir yoluxma hadisəsi təsdiqlənib. Eyni zamanda Böyük Britaniyanın tibb orqanları insanın nadir yoluxucu xəstəlik olan “meymun çiçəyi”nə yoluxmasını qeydə alıblar.
Oxunub: 269
Oxşar xəbərlər
- Fransada Rusiya gəmiləri sanksiyalara görə saxlanılıb
- Fransada koronavirus pandemiyasının beşinci dalğası başlayıb
- Fransada erməni və gürcülərdən ibarət cinayətkar qruplaşmanın üzvləri saxlanılıb
- Fransada turist təyyarəsi qəzaya uğrayıb, ölənlər var
- Fransada təyyarə qəzası baş verib, ölənlər var
- Fransada məscid binası təhqir olunub
- Fransadan Ermənistandakı vətəndaşlarına xəbərdarlıq
- Fransada avtomobillər yandırılıb, mağazalar talan edilib, saxlanılanlar var
- Fransadakı aksiyalarda 60-dan çox polis yaralanıb
- Fransada 130 mindən çox insan etiraz aksiyalarına qatılıb