XİN həmsədrlərin Qarabağdan sonra Bakıya gəlişinə münasibət bildirib
17:16 16 Oktyabr 2019
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ATƏT-in Minsk Qrupu həmsədrlərinin Qarabağdan Bakıya gəlişinə münasibət bildirib.
XİN-dən Femida.az-a verilən məlumata görə, Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik fəaliyyətlərini mövcud mandat əsasında həyata keçirirlər və həmin mandata dair Azərbaycan tərəfinin də razılığı var.
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin hazırkı səfəri bu mandatın icrası çərçivəsində onların regionumuza növbəti gəlişidir. Qeyd etmək istərdik ki, həmsədrlər səfərlərini həyata keçirərkən, ənənəvi olaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin həm erməni, həm də azərbaycanlı icmaları ilə əlaqə saxlayır. Bu cür səfərlər bundan əvvəl də dəfələrlə həyata keçirilib və tərəfimizdən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycan Respublikasının ərazi bütövlüyünə riayət edilməsi çərçivəsində həll edilməsi istiqamətində görülən işlər kimi qiymətləndirilir”.
Oxunub: 332
Oxşar xəbərlər
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- XİN: Ermənistanı beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq
- XİN-də işə qəbul imtahanlarının nəticələri açıqlanıb
- XİN Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- XİN Eldar Həsənovdan 18,5 milyon manat tələb edir
- XİN-in sabiq vəzifəli şəxsi son söz üçün məhkəmədən vaxt istəyib
- XİN Azərbaycan İran
- XİN Bosniya və Herseqovinanı təbrik edib
- XİN-dən Dirçəliş Günü XİN-dən Dirçəliş Günü təbriki
- XİN radio və televiziya işçilərini təbrik edib