Düşmənə 120 dəfə atəş zərbəsi endirildi
14:33 18 Noyabr 2015
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 110 dəfə pozub.
Femida.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.
Oxunub: 906
Oxşar xəbərlər
- Düşmənə əsir düşməmək üçün özlərini partlatdılar - 20 il ötür
- Düşmənə cavab zərbəsi: Erməni əsgəri ölümcül yaralandı
- Düşmənə güclü zərbə : 2 erməni məhv edildi
- Düşmənə 132 atəş zərbəsi endirildi
- Düşmənə 120 atəş zərbəsi endirilib
- Düşmənə 130 atəş zərbəsi endirildi
- Düşmənə 160 atəş zərbəsi endirildi
- Düşmənə 127 cavab zərbəsi endirildi
- Düşmənə ağır zərbə - Onlarla erməni öldürüldü (VİDEO)
- Düşmənə 102 atəş zərbəsi endirilib