3000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb


20:14     17 Oktyabr 2019 19_10_17_1571328109.jpg

Mingəçevirdə mənzildən 3 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb

Hadisə şəhərin Vidadi küçəsi 4 ünvanında baş verib. Belə ki, beşmərtəbəli binanın birinci mərtəbəsində şəhər sakini Gülayət İbrahimovaya məxsus 20 saylı mənzil oğru və ya oğrular tərəfindən qarət olunub. Ev sahibinin evdə olmadığından istifadə edən şəxs və ya şəxslər eyvanın dəmir qoruyucusunu qıraraq mənzilə daxil olub və oradan 3 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.(apa)

Açar sözlər:

Oxunub: 535