Rauf Mirqədirovun məhkəməsi başladı


18:02     18 Noyabr 2015 1406092851_rauf-mirqedirov-cenubnews1.jpg


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.


Femida.az-ın lent.az-a istinadən verdiyi məlumatına görə, hakim Əlisultan Osmanovun sədrlik etdiyi qapalı prosesdə vəkil Fuad Ağayev vəsatətlə çıxış edib. Vəsatətlərin heç biri təmin edilməyib. Məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib. Jurnalist ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmə saat 14-00 qədər fasilə elan edib. Fasilədən sonra şahidlər ifadə verəcək.

Vəkil Fuad Ağayev jurnlalistlərə açıqlamasında məhkəmədə ondan iltizam aldıqlarını və məlumat verə bilməcəyini qeyd edib.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Açar sözlər:

Oxunub: 943