Rauf Ağayevə vəzifə verilir


20:53     09 Yanvar 2017 rauf.jpg

Azər-Türk Bank ASC-nin mətbuat katibi Nəsimi Cəfərli öz istəyi ilə vəzifəsindən azad edilib.


Femida.az xəbər verir ki, bu barədə Report-a Bankdan bildirilib.

Məlumata görə, onun yerinə Azərbaycan Beynəlxalq Bankı ASC-nin (ABB) keçmiş mətbuat katibi Rauf Ağayevin təyin ediləcəyi gözlənilir.

Xartıqladaq ki, Azərbaycanın tanınmış jurnalistlərindən olan Rauf Ağayev "Bakı-Baku" qəzetində fəaliyyətə başlayıb. Azərbaycanda ilk pulsuz qəzetin və müstəqil jurnalist qurumunun rəhbəri olan R.Ağayev daha sonra "Xalq qəzeti"nin baş redaktorunun müavini, qəzetin "Bazar" və "Cümə" əlavələrinin redaktoru olub.

2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1318