Sumqayıtda yolların təmirinə 3,5 milyon ayrıldı - Sərəncam


16:26     21 Oktyabr 2019 prezident2.jpg

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Sərəncamda deyilir:

1. Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Femida.az

Açar sözlər:

Oxunub: 416