“İnstagram” istifadəçilərinin şəxsi məlumatları sızdırılıb? - Araşdırma başladı


19:04     22 Oktyabr 2019 instagram.jpg


“Facebook” şirkəti ona məxsus olan “İnstagram” sosial şəbəkəsinin istifadəçilərinə aid şəxsi məlumatların sızdırılmasına dair araşdırmalara başlayıb.


Femida.az TASS-a istinadən xəbər verir ki, “Facebook”un sözçüsü Stefani Otvey keçən həftə başlayan araşdırmalar zamanı hələlik fərdi məlumatlara müdaxilələrə dair tutarlı dəlillərin ortaya çıxmadığını qeyd edib.

Bundan əvvəl “İnstagram” şəbəkəsinin 20 milyonadək istifadəçisinə dair məlumatların dələduzlar tərəfindən satışa çıxarıldığı xəbəri yayılmışdı.

Femida.az

Açar sözlər: #instagram  

Oxunub: 443