Sumqayıtda Nizami Gəncəvinin heykəli dağıdılıb? - AÇIQLAMA


11:09     28 Oktyabr 2019 2019/10/72689782_2450768761830630_8741212595819642880_n_1572246563.jpg

Sumqayıtda Nizami Gəncəvinin heykəlinin dağıdılması ilə bağlı sosial şəbəkələrdə foto paylaşılıb.

Femida.az xəbər verir ki, yayılan görüntülərdə heykəlin Nizami meydanından götürülməsi əks olunub. Eyni zamanda heykəlin qoyulduğu yerdə ətraf mühit çirkələndirlib.







Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev “Qafqazinfo”ya bildirib ki, heykəl dağıdılmayıb, sadəcə yeri dəyişdirilir:

“Hazırda şəhərdə Nizami kinoteatrı tikilir. Kinoteatr şəhərin 70 illiyi ilə bağlı sakinlərin ixtiyarına veriləcək. Heykəl də bu məqsədlə götürülüb. Teatrın qarşısına qoyulacaq”.

Açar sözlər:

Oxunub: 1360