Nazirlik 38 nəfərə iş verdi
16:49 29 Oktyabr 2019
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və məlumatların bəyan edilməsi, yeni subsidiya qaydalarının tətbiqi ilə bağlı 13 “ASAN xidmət” mərkəzində yaradılmış xidmət pəncərələrində çalışmaq üçün 38 nəfər seçilib. Bu gün Kənd Təsərrüfatı Nazirliyi sisteminə yeni qəbul edilmiş və “ASAN xidmət” mərkəzlərində xidmət göstərəcək əməkdaşlarla görüş keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Femida.az-a verilən məlumata görə, görüşdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini Mahir Məlikov işə qəbul olunan əməkdaşları təbrik edərək nazirliyin fəaliyyət istiqamətləri, qarşıda duran hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Mahir Məlikov qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətində əsas hədəflər daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin keyfiyyətini yüksəltmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir. EKTİS-in və yeni subsidiya mexanizminin tətbiqinə hazırlıqla əlaqədar “ASAN xidmət” mərkəzlərində xidmət pəncərələri yaradıldığını deyən Mahir Məlikov əlavə edib ki, bu xidmət pəncərələrində çalışacaq şəxslər vətəndaşlara hərtərəfli köməklik göstərəcəklər. Aparat rəhbərinin müavini “ASAN xidmət” mərkəzlərində yeni yaradılmış xidmət pəncərələrində çalışacaq mütəxəssislərin üzərinə mühüm vəzifələr qoyulduğunu vurğulayıb, innovativ texnologiyaların tətbiqi, etik davranış qaydalarına dair mütəmadi təlimlərin keçirilməsinin vacibliyini qeyd edib. O, yeni əməkdaşlara xidmətin səmərəli, şəffaf, nəzakət, məsuliyyət və etik davranış qaydalarına riayət edilməklə aparılması barədə tövsiyələr verib.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov kadrların seçilməsində tam şəffaflığın təmin olunduğunu, seçilmiş kadrlarla yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı mütəmadi təlimlərin keçiriləcəyini bildirib. O, Kənd Təsərrüfatı Nazirliyi sistemində çalışan əməkdaşların etik davranış qaydarlarına əməl etməsinin vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Nazirliyin Elektron kənd təsərrüfatının tətbiqi şöbəsinin Xidmətlərin qiymətləndirilməsi sektorunun müdiri Əli Əmirəliyev qeyd edib ki, yeni əməkdaşlara hərtərəfli dəstək göstəriləcək.
Görüşdən sonra Kənd Təsərrüfatı Nazirliyi Aparatının Təhsil və təlim şöbəsinin Təlimin təşkili və monitorinqi sektorunun müdiri Fidan Fətəliyeva Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat və məlumatların bəyan edilməsi, “Etik davranış qaydaları” və “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” mövzusunda təlim keçib.
Femida.az
Oxunub: 417
Oxşar xəbərlər
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Nazirlik “Omikron”dan qorunmaq üçün əhaliyə tövsiyə verib
- Nazirlik təhrif olunmuş xəritələrlə bağlı tədbirlər planı hazırlayıb
- Nazirlik vəfat edən şəxsin topladığı pensiya kapitalının taleyinə aydınlıq gətirib
- Nazirlikdən əhaliyə HAVA XƏBƏRDARLIĞI
- Nazirlik zəif anemiyası olan uşaqlara peyvənd vurulmasını tövsiyə edib