Bakıda hüquqşünasın avtomobillə vurulduğu an - VİDEO


09:54     30 Oktyabr 2019 19_10_30_1572414906.jpg


Hüquq müdafiəçisi Oktay Güləliyevi avtomobilin vurduğu an kameraya düşüb.


Femida.az xəbər verir ki, hadisə Bakının Nəsimi rayonunda metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Güləliyev Oktay Əligüşay oğlunu vurub. Kadrlardan da hadisə açıq şəkildə görmək mümkündür.

Yaralı ağır vəziyyətdə özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə anını təqdim edirik:



Femida.az

Açar sözlər: #video  

Oxunub: 533