İlqar Məmmədov razılaşdırılmamış aksiyaların əleyhinə çıxdı
12:08 01 Noyabr 2019
"Real" partiyasının sədri İlqar Məmmədov da "Milli Şura"ın razılaşdırılmamış aksiya qərarlarını pisləyib.
Femida.az-ın məlumatına görə, İ.Məmmədov "Milli Şura"ın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın ləğv edilməsini doğru qərar adlandırıb və ümumiyyətlə belə aksiyaların əleyhinə çıxış edib.
Bu barədə öz "Facebook" səhifəsində yazan İ.Məmmədov seçkilərin ən doğru yol olduğunu qeyd edib.
Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) "Milli Şura"nın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.
Ötən gün isə "Milli Şura" noyabrın 2-nə təyin etdiyi aksiyanın ləğv edildiyini bildirib.
Femida.az
Oxunub: 1209
Oxşar xəbərlər
- İlqar Məmmədova 234 min kompensasiya ödənildi
- Fransa Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərov barəsində qərarını alqışlayır
- Ali Məhkəmə İlqar Məmmədov barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verib
- DİN-dən İlqar Məmmədovun saxlanılması xəbərinə reaksiya
- “Mən ReAl-dan yox, İlqar Məmmədovun avtoritar partiyasından gedirəm” - Azər Qasımlı
- İlqar Məmmədovla Sevinc Osmanqızı feyzbukda üz-üzə gəldi: "Al, bu da sənin müxalifətin..."
- İlqar Məmmədovun şərti cəzası ləğv olunub
- İlqar Məmmədovun Moskvadakı evi qarət edildi
- Fransa səfirliyindən İlqar Məmmədovla bağlı bəyanat
- ABŞ İlqar Məmmədovun azadlığa buraxılmasını alqışlayıb