Xızıda ağır qəza - 4 nəfər öldü


09:27     02 Noyabr 2019 2019/11/c8c6215d-bd09-41ee-80cc-02c04bf7a666_1572673727.jpg


Xızı rayonunda ağır yol qəzası baş verib.


Bu barədə Femida.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xızı rayonu ərazisində “Mercedes” və “Lada” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qəzada ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. Bunlar - 1979-cu il təvəllüdlü Quliyev Səbuhi Çingiz oğlu və onun həmyaşıdı İsmayılov Hüseyn Səfərəli oğludur. Qəza zamanı həmçinin Xaçmaz rayon Qarabağlı kənd sakini, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və nəvəsi Sevgi Vəliyeva xəsarət alıblar. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Femida.az

Açar sözlər: #Xızı   #qəza  

Oxunub: 835