Tərtərdə təhlükəli sursat aşkar olunub


09:26     05 Noyabr 2019 19_11_05_1572931620.jpg

Tərtər rayonunun Həsənqaya kəndi ərazisində mina tapılıb.


Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Femida.az-a verilən məlumata əsasən, bu barədə məlumat Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Məlumat əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi təyinatı olmayan metal əşya və 1 ədəd 12.7 mm-lik patronun boş qabı aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əşyaların ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Açar sözlər:

Oxunub: 363