"Elçin Əlibəylinin səviyyəsinə düşmək istəməzdim" - Namiq Abdullayev iddialara cavab verdi


14:50     05 Noyabr 2019 19_11_05_1572951347.jpg


Olimpiya çempionu Namiq Abdullayev teleaparıcı Elçin Əlibəylinin onun haqqında səsləndirdiyi iddialara cavab verib. Aparıcı keçmiş idmançı tərəfindən döyüldüyünü iddia etsə də, Abdullayev bunu təkzib edib:

Femida.az çempionun unikal.org-a açıqlamasını təqdim edir:

"Bu məsələnin mənə aidiyyatı yoxdur. O yalandan bu barədə yazıb. Onunla mənim heç bir tanışlığım yoxdur, nə də qonşum deyil. Kiminlə nə isə ədavəti olubsa, məni ora qatmağı düzgün deyil. Mən ümumiyyətlə yarış vaxtı xalça üzərində hakim nə qərar versə onunla razılaşan adamam. O ki, qaldı kənarda nə isə olsun. Bu mənə yaraşan bir hal deyil. Onun düşüncəsi yoxdur? Özü də ali savadlı şəxsdir.

Ya özünə haqq, ya da bəraət qazandırmağa çalışır. Bilmirəm. Mən onun səviyyəsinə düşmək istəməzdim. O səviyyəsiz bir hərəkət edib. Məni hamı tanıyır, işim də bəllidir. Bilirlər ki, belə durumlardan uzaq biriyəm".

Femida.az

Açar sözlər:

Oxunub: 626