Biləsuvarda mütəşəkkil dəstə avtomobil ustasını döyərək qarət etdi


19:56     05 Noyabr 2019 ucarliyiq.biz_bakda-18-yal-olan-dmir-parcas-il-doyuldu_1.jpeg


Biləsuvar rayonunda usta emalatxanada döyülərək qarət olunub.


Femida.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Aşağı Cürəli kəndində baş verib.

Kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Mirzəxan Təzəxan oğlu kənd ərazisindəki maşın təmiri emalatxanasında olarkən tanımadığı iki naməlum şəxs ona hücum edib. Naməlum şəxslər M.Məmmədovu döyüb, onun üzərində olan 1750 manat pulu və mobil telefonunu alaraq hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat zamanı hadisəni törədən şəxslərin rayon sakini, 1997-ci il təvəllüdlü Babayev Pərviz Xanlar oğlu və Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Əmirov Tural Ələşrəf oğlu olduğu müəyyən edilib.

P.Babayev şübhəli şəxs qismində saxlanılıb. Digər şəxs axtarılır.

Faktla bağlı cinayət işi başlanıb.

Femida.az

Açar sözlər: #Biləsuvar  

Oxunub: 434