Salyan və Şəki sakinlərindən silah götürülüb


13:42     06 Noyabr 2019 2019/11/tufen3_1573030893.jpg

Salyanda və Şəkidə qanunsuz silah aşkarlanıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.aza verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini M.Abıyevin evindən müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Q.Həmidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 618