Sürücülərə BƏD XƏBƏR - 150 manatlıq cərimə mövsümü başlayır
10:12 07 Noyabr 2019
Azərbaycan ərazisində maşınlara pərdə vurulması müddəti 15 noyabr tarixində bitir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin iqlim şəraiti nəzərə alınmaqla hər il mayın 1-dən noyabrın 15-dək sənaye üsulu ilə hazırlanmış pərdələrdən istifadəyə icazə verən qərarının müddəti artıq bitir.
Femida.az xəbər verir ki, mayın 1-dən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilib.
Nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 155.2-ci maddəsində 150 manat cərimə müəyyən edilib.
Femida.az
Oxunub: 2476
Oxşar xəbərlər
- Qadın sürücü ustanı əzdi - ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN
- Yol polisi sürücülərə çağırış edib
- DYP sürücülərə müraciət edib
- Bakıda beş nəfərin ölümünə səbəb olan 19 yaşlı sürücünün məhkəməsi başlayır
- "Baku Bus"un sürücüsü ürəyindən bıçaqlandı
- 6 nəfərin öldüyü qəza ilə bağlı ŞOK: Sürücülük vəsiqəsi olmayan sürücü görün kimdir
- Mingəçevirdə qayda pozuntuları törədən 35 sürücü cərimələnib
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Paşinyanın avtomobil karvanının cinayət törədən sürücüsü cəzasız qalıb
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib