Uşaqların internata düşməsinin qarşısını belə də almaq olur
14:27 11 Noyabr 2019
Azərbaycanda çətin həyat şəraitində yaşayan uşaqlar üçün yeni layihəyə start verildi.
Femida.az xəbər verir ki, yeni layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi tərəfindən başladılıb. Layihə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi”ni əhatə edir.
Layihənin icrasına 11 sentyabr 2019- cu ildən başlanılıb. Layihənin icrası müddətində 31 uşaq “Günərzi” Mərkəzinə cəlb edilir. Mərkəzə cəlb edilən uşaqların hamısı dərhal tibbi müayinədən keçirilib.
İlkin psixoloji diqanostikadan keçdikdən sonra psixoloji travması müəyyən edilən uşaqlarla dərinləşmiş psixoloji reabilitasiya proqramı müəyyən edilib.
Mərkəzə cəlb edilmiş uşaqların 26-sı təhsil alır və onların təhsil proqramları ilə pedaqoqlar məşğul olur. Uşaqların hər biri təhsil ləvazimatları, eləcə də məktəb geyimi, digər ehtiyaca uygun geyimlər və gigeyinik ləvazimatlarla təmin edilib.
5 uşağın sənədlərinin bərpasına dair məhkəmə və icra strukturlarına müvafiq müraciət olunub.
17 uşağın valideynləri ilə ayrıca görüşlər keçirilib, onlara hüquqi, psixoloji yardım göstərilib.
Layihənin effektivliyi və təbliği məqsədi ilə Binəqədi ərazisində çətin vəziyyətdə olan ailələrin evlərinə səfər edilib, layihə ilə bağlı hüquqi məlumatlar verilib, sosial xidmətlərə əlçatanlığı mümkün etmək üçün onlara hərtərəfli məlumatlandırma işi aparılıb.
“Qapı-qapı” aksiyası zamanı 15 ailədə görüş keçirilib və tədbirlər davamlı olacaq.
Bu ayın fəaliyyətləri içərsində əlavə olaraq, “Uşaq hüquqları” mövzusunda uşaqlar üçün təlimlər, Bayraq gününə hazırlıq və bayraq müsabiqəsi, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi “Şiddətin rəngi” rəsmlərdə adlı müsabiqənin uşaqlar üçün mini variantı həyata keçirilmişdir.
Femida.az
Oxunub: 689
Oxşar xəbərlər
- Uşaqların sosial xidmət müəssisələrinə qəbulu qaydası müəyyənləşdi
- Uşaqların nikahda olmayan əcnəbilərə övladlığa verilmə qaydası müəyyənləşir
- Uşaqların bu sahədə çalışdırılması qadağan edilir
- Uşaqların məktəbə gəlməsilə bağlı valideynlərə seçim imkanı veriləcək
- Uşaqların mərc oyunlarında iştirakına yol verənlər cərimələnəcək
- Uşaqların doğulanadək cins seçiminin qarşısı alınacaq
- Uşaqların şiddətə məruz qalmaması üçün qabaqlayıcı tədbirlər
- Uşaqların 50-70%-i zorakılığın qurbanı olur
- Uşaqların I sinfə qəbul üçün məktəb seçiminə start verilir
- Uşaqlarını görməyə gəldi, qayınatasını öldürdü... - Qubada baş verən qətlin təfərrüatı