Həbsxanadan qaçan məhkum qadın paltarı geyinərək oğurluq etdi (VİDEO)
13:12 14 Noyabr 2019
Türkiyədə həbsxanadan qaçan məhkum qadın paltarı geyinərək oğurluq edib.
Femida.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Aydın vilayətinin Efelər qəsəbəsində qeydə alınıb. Tanınmamaq üçün qadın paltarı geyinən 3 nəfər marketin şüşəsini sındırıb içəri daxil olaraq 2 kassa aparatını götürüblər. Aydın şəhər Polis Şöbəsinin əməkdaşları təhlükəsizlik kamerasından istifadə edərək oğrular – M.G., Y.Y. və S.B.nı tuta biliblər.
Saxlanılan şəxslər cinayət işi açıldıqdan sonra qapalı cəzaçəkmə müəssisəsinə yerləşdiriliblər. Araşdırma zamanı Y.Y.nın həbsxanadan qaçdığı üçün axtarışda olduğu müəyyən edilib.
Oxunub: 971
Oxşar xəbərlər
- Zərdabda silsilə oğurluqda şübhəli bilinən 3 qadın və 1 kişi saxlanılıb
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- Bakıda qadının çantasından oğurluq edən şəxs saxlanılıb
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdamda mağazadan oğurluq edilib
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Ötən ay Sabunçuda narkotik satan və oğurluq edən 117 nəfər saxlanılıb
- Bakıda evdən oğurluq edilib
- Ağdaşda əcnəbi evdən oğurluq edib