"Qarabağ" - "Düdelanj" matçının biletləri sabahdan satışda olacaq
17:42 17 Noyabr 2019
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ev oyununun biletləri noyabrın 19-dan satışa çıxarılacaq.
Femida.az -ın məlumatına görə, sabah saat 12:00-dan satışda olacaq biletlərə sektorlar üzrə 2 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat qiymət qoyulub.
Onları "Park Bulvar"dakı "Qarabağ FK" fan-şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik Mall və 28 Mallda "iTicket" satış məntəqələrindən, "ASAN Sumqayıt" və onlayn olaraq iTicket.az-dan almaq mümkündür.
Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq.
Oxunub: 487
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağ separatçılarından biri Rusiyada həbs edilib
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunub
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb