Cəlil Məmmədquluzadəyə həsr olunmuş konfransın açılışı olub


16:03     18 Noyabr 2019 2019/11/ca4b03bd37c2770b9dc72cc8264f82a5_1574078804.jpg

Noyabrın 18-də Azərbaycan Milli Kitabxanasında Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik Konfransın açılışı olub.


Femida.az-ın məlumatına görə, konfrans Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilib.

Milli Kitabxananın direktoru Kərim Tahirov konfransda Bolqarıstan, Polşa, Türkiyə, Özbəkistandan dəvət olunmuş Cəlil Məmmədquluzadə tədqiqatçılarının iştirak etdiyini bildirib: "Konfransda həm də böyük ədəbin nəslinin davamçıları – nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşiri də iştirak edirlər. Mənə elə gəlir ki, onların ulu babalarının vətəninə gəlməsi xalqımızın həyatında böyük hadisədir. Mən inanıram ki, onlar bundan sonra tez-tez Azərbaycana gələcək və xalqımızın Cəlil Məmmədquluzadə irsinə necə böyük sayğı ilə yanaşdığına daha yaxından şahid olacaqlar".

Femida.az

Açar sözlər:

Oxunub: 663