Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var


09:59     21 İyul 2022 22_07_21_1658393994.jpg

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı "VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində rayonun Privolnoye kənd sakinləri - 1988-ci il təvəllüdlü Süleymanov Anar Rəsul oğlu və 1987-ci il təvəllüdlü Rəhimov Ruslan Nizami oğlu xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 2775