Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb


11:47     24 May 2022 22_05_24_1653379870.jpg

Cəlilabadda 2 nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə mayın 15-dən 22-dək olan müddətdə Şıxlar kəndində 2 nəfərin azyaşlıya hədə-qorxu gələrək 69 000 rubl, 300 ABŞ dolları və 909 manat pul almaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri E.Abbasov və Ə.Quliyev müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 3480