Tovuz sakinindən 25 kq narkotik götürüldü


17:24     19 Noyabr 2019 19_11_19_1574169909.jpg


Tovuz sakinindən 25 kq narkotik götürülüb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Düz Qırıqlı kənd sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş A.Cəlilovun evinin zirzəmisindən 25 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Tovuz  

Oxunub: 406