Tovuzda toyda mübahisə düşüb, bıçaqlanan var


11:14     16 İyun 2022 22_06_16_1655362125.jpg

Tovuz rayonunda toy mərasimində 44 yaşlı kişi bıçaqlanıb.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.

Toy mərasimində baş vermiş mübahisə zəminində 44 yaşlı Fazil Yahyayev bir bıçaq xəsarəti alıb.

O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Mübahisənin hansı səbəbdən baş verdiyi və zərərçəkmişin kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 305