Gecə gec və az yatanlar insulta yaxınlaşır - Gənclər təhlükədə
18:43 20 Noyabr 2019
Çin alimləri yuxusuzluqla insult arasında əlaqəni araşdırıb.
Pekin Universitetinin ekspertləri yeni tədqiqatlarında Çində xroniki xəstəliklərin monitorinqini aparan məlumat bazasından istifadə ediblər.
Femida.az xəbər verir ki, 30-79 yaş arası insanlar üzərində 10 il müşahidə aparıblar. Təcrübənin əvvəlində bu adamların heç birində ürək-damar, infarkt, insult xəstəliyi olmayıb.
10 il ərzində müşahidə olunan könüllülərdən 130.032 nəfərində infarkt, insult, ürək-damar xəstəlikləri aşkarlanıb.
Alimlər bu xəstələrdə yuxusuzluğu araşdırıb.Yuxusuzluq dedikdə həftədə 3 dəfə olmaqla gec yatmaq, yuxunun gəlməməyi, yuxuya getməkdə problem, tez-tez oyanmalar, diqqət problemi, yuxudan doymamaq kimi amillər başa düşülür.
Tədqiqatda iştirak edənlərin 11% yuxuya getməkdən, 10% tez –tez oyanmaqdan, 2% diqqət problemindən şikayətlənib.
Hesablamalar göstərib ki, bu 3 simptomun hər üçünün olduğu xəstələr 18% daha çox ürəkd-damar problemlərindən əziyyət çəkib. Yaxşı yatmadıqlarına görə gündüzlər diqqət problemi yaşayanlarda isə insult, infarkt riski yüksəlib.
Heç yuxuya gedə bilməyənlər, yuxudan doya bilməyənlər həm ürək, həm də beyin tərəfdən xəstəliklərlə qarşılaşıb
Eləcə də insan nə qədər gənc olursa, yuxusuzluğun ürək və beyinə təsiri bir qədər artır.
Oxunub: 722
Oxşar xəbərlər
- Gecə klubunun icarədarı 4000 manat cərimələnib
- Gecəyarı kafeyə gedənlər cərimələndi
- Gecə saatlarından yağan yağış Gəncədə fəsad törədib
- Gecə və səhər yollar buz bağlayacaq - PROQNOZ
- Gecə Kəlbəcərdən çıxan sonuncu ermənilər (VİDEO)
- Gecə düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
- Gecə ərzində düşmənə atəş zərbələri endirilib - VİDEO
- Gecə ərzində gərgin döyüşlər davam edib
- Gecə bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib - VİDEO
- Gecə ərzində düşmənə sarsıdıcı zərbələr endirilib