BMT Baş katibinin müavini Azərbaycan Prezidentinə məktub göndərib
17:21 23 Noyabr 2019
BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Femida.az-ın xəbərinə görə, məktubda deyilir:
“Zati-aliləri.
Noyabrın 14-15-də gözəl ölkənizdə keçirilən Dünya dini liderlərinin II Bakı Sammitində mənə çıxış etmək imkanı yaratdığınıza görə Zati-alinizə öz minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə verilən ziyafətə məni dəvət etdiyinizə və orada Sizinlə apardığımız müzakirələrə görə təşəkkür edirəm.
Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə “Bakı Prosesi” çərçivəsində dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır.
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi on ildən çoxdur ki, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında tolerantlıq, hörmət və anlaşmanın təşviq olunmasında aparıcı rol oynamaqla, Azərbaycanı təkcə regionda deyil, həm də bütün dünyada multikulturalizmin mərkəzi kimi tanıtmışdır.
Mən, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin tolerantlıq, dinc birgəyaşayış və dinlərarası dialoqun möhkəmləndirilməsində dini liderlərin rolunun gücləndirilməsinə göstərdiyi dəstəyini yüksək qiymətləndirirəm. Bu məqsədlər BMT Sivilizasiyalar Alyansının məqsədləri ilə üst-üstə düşür.
Dünya dini liderlərinin Bakı Sammitinin növbəti illərdə keçiriləcək tədbirlərində Zati-alinizə daha böyük uğurlar arzulayıram.
Fürsətdən istifadə edib, Sizə bir daha yüksək ehtiramımı bildirmək istəyirəm”.
Femida.az
Oxunub: 1033
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Ukrayna Prezident Ofisi "Amnesty International"ı sərt tənqid edib
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib