Avtobusda sərnişinin çantasından 5000 manatlıq qızıl oğurlandı
15:35 29 Noyabr 2019
Hacıqabulda mikroavtobusda sərnişinin çantasından qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində Regional qrupundan Femida.az-a verilən xəbərə görə, noyabrın 16-da Ağdaş rayonu Ləki qəsəbə sakini Gülnar Mollayeva DİN-in “102 Zəng Mərkəzi” Xidməti ilə əlaqə saxlayaraq yaşadığı rayondan Bakı şəhərinə gedərkən Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində mikroavtobusun yük hissəsində olan ona məxsus çantadan ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini , əvvəllər məhkum olunmuş 33 yaşlı Həsrət Bəkirov saxlanılıb. Dindirilmə zamanı H.Bəkirov törətdiyi cinayət əməlini etiraf edib.
Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Oxunub: 518
Oxşar xəbərlər
- Avtobusda cibgirlik edən şəxslər tutuldu - VİDEO
- Avtobusda silahla gəzdiyi deyilən şəxsin kimliyi bilinib
- Avtobusda maşın ehtiyat hissələri keçirdi
- Avtobusdan düşən uşağı maşın vurdu
- Avtobusda cibgirlik edən qadın saxlanıldı - Gəncədə
- Avtobusda qadının çantasından pul oğurlanıb
- Avtobusda qadından həmcinsinə qarşı - İYRƏNC HƏRƏKƏT
- Avtobusda azərbaycanlı tələbəyə təcavüz edən türkiyəli tutuldu
- Avtobusda gizlədilən siqaretlər aşkar edildi
- Avtobusda qadınlar arasında söyüşlü dava: "Səni pəncərədən ataram..."+VİDEO