Saatlıdakı qatar qəzasının səbəbi bilindi - RƏSMİ açıqlama
10:59 04 Dekabr 2019
Bu gün saat 09:40 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.
Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsünün “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərini pozması olub.
Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.
"Azərbaycan Dəmir Yolları" bu hadisədən təssüfləndiyini bildirir, ölənlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə qurum bəyan edib.
Femida.az
Oxunub: 600
Oxşar xəbərlər
- Bakı-Sumqayıt qatarının hərəkət qrafiki müvəqqəti dəyişdirilir
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Prokurorluq qatarın piyadanı vuraraq öldürməsi ilə bağlı açıqlama yayıb
- Ucarda piyadanı yük qatarı vurub öldürüb
- Bu gün Bakı-Sumqayıt qatarının ləngiməsinin səbəbi açıqlanıb
- Bakı-Sumqayıt qatarının bayram günündə hərəkət qrafiki açıqlanıb
- Bakı metrosunda qatarda nasazlıq yaranıb
- Ağstafada qatar gənc oğlanı vuraraq öldürüb
- Bakı-Sumqayıt qatarının bayram günləri üçün hərəkət qrafiki açıqlanıb
- Bakı metrosu bu il alacağı yeni qatarları avqustda xəttə buraxacaq