Yol polisi radio verilişi açdı - General efirə çıxdı
19:43 17 Dekabr 2019
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Azərbaycan Radiosu ilə birgə layihəsi olan “Təhlükəsiz yol” proqramı fəaliyyətə başlayıb.
Femida.az xəbər verir ki, dekabrın 16-da efirə çıxmış proqramın ilk buraxılışının qonağı Baş İdarənin rəisi polis general-mayoru Ramiz Zeynalov olub. Avtosfer.az xəbər verir ki, R.Zeynalov DİN rəhbərliyinin təşəbbüsü ilə yaradılmış bu proqramın əsas məqsədinin baş verə biləcək yol-nəqliyyat hadisələrinin vaxtında qarşısının alınması üçün hərəkət iştirakçılarının maariflənməsi, yol hərəkətinin təşkilində və bu sahədə qanunvericilikdəki yeniliklər barədə məlumatların verilməsi, dinləyicilərlə birbaşa canlı ünsiyyət yaratmaqla mövcud olan problemləri dinləyib həlli istiqamətində operativ tədbirlər görmək olduğunu bildirib, yaradıcı kollektivə müvəffəqiyyətlər arzulayıb.
Hər həftənin I, III və V günləri saat 17:00-dan 18:00-dək yayımlanacaq proqramda təkcə aparıcıların deyil, həm də Baş DYP İdarəsinin müxtəlif xidmətlər üzrə çalışan əməkdaşlarının çıxışı nəzərdə tutulur ki, bu da vətəndaşlardan alınmış məlumatların hansısa üçüncü şəxsə ötürülməsi deyil, məhz həmin əməkdaş tərəfindən icrası təmin olunacaq.
Femida.az
Oxunub: 3102
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb