Bələdiyyə üzvlüyünə seçilənlərin 38,8 faizi qadınlar olub


14:35     25 Dekabr 2019 19_12_25_1577271643.jpg

23 dekabrda keçirilmiş bələdiyyə seçkilərində uğur qazanan namizədlərin 38,81 faizi qadınlar olub.

Femida.az bu barədə Mərkəzi Seçki Komissiyasınına istinadən məlumat verir. Belə ki, seçkidə bələdiyyə üzvlüyünə seçilənlərin 5882 nəfərini qadınlar təşkil edib.

Kişi seçicilərin sayı isə 9272 nəfər olub.

Qeyd edək ki, qadınların seçim sayına görə bu göstərici Azərbaycan tarixində ilkdir. Bundan öncəki seçkidə müvafiq göstərici 35 faiz olmuşdu.



Femida.az

Açar sözlər: #bələdiyyə   #seçki   #qadın  

Oxunub: 836