Ramiz Mehdiyevdən AMEA-ya irad
17:03 28 Dekabr 2019
"Dövlət hər il Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) böyük məbləğdə vəsait ayırır. Lakin əvəzinə demək olar ki, heç bir fayda əldə etmir. Bu istiqamətdə işimizi təhlil edib onu yenidən qurmalıyıq".
Femida.az xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın ümumi yığıncağında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illər akademiya əməkdaşlarının elmi-tədqiqat işlərinə iki fond tərəfindən 50 milyon manatdan artıq vəsait ayrılıb:
"Lakin ayrılan vəsaitlə müqayisədə tədqiqatların konkret nəticəsi hələ də görünmür".
R.Mehdiyev bildirib ki, alimlərin qeyri-neft sektorunun inkişafına real dəstəyi və bu proseslərdə iştirakı ümumiyyətlə hiss olunmur:
"Bu da öz növbəsində AMEA-nın yalnız büdcə hesabına fəaliyyət göstərən quruma çevrilməsinə gətirib çıxarır. Akademiya büdcəsinin yalnız 2%-i büdcədənkənar vəsaitlər hesabına təşkil olunur. Bu da onu göstərir ki, akademiyada elmi nəticələrin və innovasiya texnologiyaların işlənib hazırlanması olduqca zəif qurulub".
O əlavə edib ki, alimlərin beynəlxalq, regional və dövlətin maliyyələşdirdiyi milli elmi layihələrdə iştirakı olduqca zəifdir:
"Avropa komissiyası beynəlxalq elmi layihələrə 80 milyon avro vəsait ayırıb. Yenə də təəssüf hissi ilə qeyd edim ki, alimlərimizin bu layihələrdə iştirakı lazımi səviyyədə olmayıb. Bunun nəticəsidir ki, Azərbaycan elmi bir sıra müasir elm sahələrindən, həmçinin yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqindən kənarda qalıb".
Femida.az
Oxunub: 728
Oxşar xəbərlər
- AMEA-nın Ümumi Yığıncağı keçirilib, Ramiz Mehdiyevin istefası qəbul olunub
- AMEA: "Ramiz Mehdiyev işə çıxmayıb, ərizəsini bu gün təqdim edəcək"
- Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib
- DİN Ramiz Mehdiyevin qohumunun saxlanılması ilə bağlı açıqlama verib
- Ramiz Mehdiyev istefa verib
- AMEA Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsinə münasibət bildirib
- AMEA Ramiz Mehdiyevin səhhətində problemlər yaranması ilə bağlı məlumatlara münasibət bildirib
- Tarix İnstitutunun Baş direktoru: "Ramiz Mehdiyev məişət səviyyəli intriqalarla məşğul olur"
- Ramiz Mehdiyev və Hacıbala Abutalıbovun məhkəmədə dindirilməsi istənilib
- AMEA İşlər İdarəsinin sabiq müdiri Ramiz Mehdiyevin ittihamlarına cavab verib