Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib


14:55     15 Fevral 2022 22_02_15_1644921504.jpg

AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka müddətinə həbs edilib.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Nərimanov Rayon Məhkəməsində qərar elan olunub.

E.Əmirovun barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Daha sonra o, şikayət əsasında saxlanılıb.

Araşdırmalar davam edir.

Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.

Açar sözlər:

Oxunub: 770