Dövlət Xidmətinin rəhbərliyi şəhid ailələrini ziyarət etdi - Fotolar


17:35     30 Dekabr 2019 2019/12/IMG_3601_1577712761.jpg


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Milli Qəhrəmanların, veteranların, QHT rəhbərlərinin, baş redaktorların iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və eləcə də Yeni il bayramı münasibətilə respublikanın bütün şəhər və rayonlarını əhatə etməklə bir qrup şəhid ailəsinə bayram təbrikləri və sovqatlar çatdırılıb.

Femida.az Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Millət vəkili Flora Qasımova, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Səbail rayonunda şəhid İsrail Məmmədovun, Yasamal rayonunda Rəfail Hüseynovun, Nəsimi rayonunda Şirvan Əhmədov və Nərimanov rayonunda Fərman Xamoyevin ailəsinə baş çəkib, bayram münasibətilə təbrik ediblər.



Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində reallaşdırılan siyasətə müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu sahədə müxtəlif layihələr həyata keçirir.



Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
SHXÇDX-nin yerli idarə, şöbə və bölmələri tərəfindən bayram münasibətilə şəhid ailələrini ziyarət və sovqatların çatdırılması həyata keçirilib.



Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 798