XİN Avstraliyaya başsağlığı verib


20:06     07 Yanvar 2020 XIN.jpg

Azərbaycanın Xarici İşlər nazirliyi Avstraliyada baş verən meşə yanğınlarında həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Femida.az xəbər verir ki, bu barədə XİN-in “Tvitter” səhifəsində məlumat yerləşdirilib.

“Avstraliya xalqına, cəsur yanğınsöndürənlərə və ölkə tarixinin ən dəhşətli yanğınlarına qarşı mübarizə aparan könüllülərə güclü dəstəyimizi və həmrəyliyimizi ifadə edirik”, deyə məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 668