Gəncədə daha bir kriminal avtoritet saxlanıldı


12:09     08 Yanvar 2020 hebs5.jpg


Gəncədə odlu silahla saxlanılan "Ramoş" ləqbli şəxslə əlaqəsi olan daha bir kriminal avtoritet saxlanılıb.


Silahla saxlanılan Bəhram Səmədovun kriminal əlaqələri ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini "Saşa" ləqəbli Sabir Şabanov da saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib. Üzərinə keçirələn baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 714