Fransa səfiri Azərbaycan xalqına başsağlığı verib


17:37     20 Yanvar 2020 2020/01/819416_1579527552.jpg

Fransanın Azərbaycandakı səfiri Zakari Qros 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.


Femida.az bildirir ki, bununla əlaqədar Fransanın Azərbaycandakı Səfirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

"1990-ci il Yanvar faciəvi hadisələrinin 30-cu ildönümü anım günündə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm və xüsusilə əzizlərini, ailə üzvlərini və ya dostlarını itirənlər düşüncələrimizdədir", - deyə səfir bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 796