Çinin Vuhan şəhərini 5 milyondan çox insan tərk edib
21:32 26 Yanvar 2020
Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) və Yeni il bayramına görə Vuhan şəhərini 5 milyondan çox insan tərk edib.
Femida.az xəbər verir ki, bu barədə şəhərin meri Cjou Syanvan məlumat verib.
Onun sözlərinə görə, hazırda şəhərdə 9 milyon sakin qalıb. O, həmçinin əlavə edib ki, virusa yoluxanların sayı daha min nəfər arta bilər:
“Hazırda 2209 nəfər virusa yoluxma şübhəsi ilə xəstəxanalara yerləşdirilib. Onların analizlərinin cavabını gözləyirik. Bunun üçün müəyyən vaxt lazımdır. Eyni zamanda 637 pasiyentdə yüksək qızdırma müşahidə olunur.
Təxminlərimizə görə, hal-hazırda yoxlanılan 2.7 min insanın 45 faizinə virusa yoluxma diaqnozu qoyulacaq. Odur ki, müalicəyə daha minə yaxın insan cəlb edilə bilər”.
Oxunub: 715
Oxşar xəbərlər
- Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışlayıb
- BDU kollecinin tələbəsi dənizdə boğulub
- Bakıda qəza törədən motosikletçinin ayağı sınıb
- Gürcüstanda hərbi bazada hərbçinin meyiti aşkarlanıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- Abşeronda 16 min abunəçinin qazı kəsilib
- Azərbaycanda yazıçı-tənqidçinin telefonu oğurlanıb
- Azərbaycan indiyədək Ermənistana 1 709 erməni hərbçinin meyitini təhvil verib
- Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
- Baş Prokurorluq: Hərbçinin minaya düşməsi ilə bağlı araşdırma aparılır