Xalq artistinin səhhəti pisləşdi


02:20     27 Noyabr 2015 237252.jpg

Xalq artisti Yalçın Rzazadənin səhhəti pisləşib.


Bu barədə xalq artistinin özü məlumat verib. O bildirib ki, qəflətən ürəyində ağrılar hiss edib:

"Ürəyimdə narahatlıq hiss elədim, həkim çağırdım, müayinə elədilər, sistem qoşdular. Hələ yenə gələcəklər. Bu gün çəkilişim var idi, səhhətimə görə gedə bilmədim”.

Qeyd edək ki, Y.Rzazadənin bir müddət öncə də vəziyyəti pisləşmişdi. Həmin zaman isə xalq artisti səhhəti barədə bu sözləri demişdi:

“Türkiyədə müalicə olunmaq çox yaxşı effekt verir, amma Türkiyəyə getmək üçün hazırlıqlı olmalısan. Mənim də elə bir hazırlığım yoxdur. Odur ki, taleyimlə barışmalıyam”.

Açar sözlər:

Oxunub: 1169