Bakıdan gedən qatar Rusiyada qadını vurub öldürdü


09:10     04 Fevral 2020 qatar%20adam%20vurdu.jpg

Dağıstanın paytaxtı Mahaçqalada yük qatarı qadını vuraraq öldürüb.


APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə yük qatarının Bakı-Rostov-Don xətti üzrə hərəkəti zamanı baş verib.

Şahidlərin sözlərinə görə, “Anji-bazar” rayonu ərazisində qeydə alınan ölüm hadisəsi qadının dəmir yolunu keçərkən qulaqcıqlardan istifadə etməsi olub: “Yüksək səslə mahnıya qulaq asan qadın bu səbəbdən gələn qatarın səsini eşidə bilməyib”.

Açar sözlər:

Oxunub: 868