Nazirlik əməkdaşına qarşı dələduzluq edən bank işçisi hökmdən narazıdır - MƏHKƏMƏ


10:37     06 Fevral 2020 mehkeme%20son%20deyyil%20baslangic.jpg

Bakı Apelyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun barəsində olan hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, E.Məlikov bankda çalışarkən T.Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə 280 min manat, Mehman Allahverdiyevdən isə ümumilikdə 180 min manat alaraq, dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məlikov 8 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, zərərçəkmiş M.Allahverdiyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.

Femida.az

Açar sözlər:

Oxunub: 826