İctimai nəqliyyatda daha bir yenilik


14:13     09 Fevral 2020 20_02_09_1581243294.jpg

Paytaxtın ictimai nəqliyyatında daha bir yeniliyin tətbiqinə başlanılıb.


Bakı Nəqliyyat Agentliyindən Femida.az -a verilən məlumata görə, artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edirlər.

İlk belə məlumatlandırma bu gün həyata keçirilib. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 821