Deputatlığa namizəd vəkilinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
09:31 10 Fevral 2020
Fevralın 9-da saat 23 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin pilləkən qəfəsində qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə baxış keçirilmişdir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır.
İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, Mahir Hüseynov seçki prosesləri yekunlaşdıqdan sonra saat 22 radələrində Aşağı Qaramanlı kəndindən tanışının idarə etdiyi avtomobillə Neftçala şəhərinə, yaşadığı evin qarşısına gələrək pilləkənlərlə mənzilinə qalxan zaman qəflətən yıxılaraq vəfat etmişdir.
Araşdırmalarla, həmçinin müəyyən edilmişdir ki, Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş və 2016-cı ildən etibarən ürəyində 3 dəfə stent əməliyyatı aparılmışdır.
Mahir Hüseynov müşahidəçisi olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmamış, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmamışdır.
Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 716
Oxşar xəbərlər
- Deputatlığa namizədlərin 79 faizi kişilər, 21 faizi qadınlardır
- Deputatlığa namizədlərin sayı neçə nəfərdir? - Son statistika
- Deputatlığa namizədlərə xəbərdarlıq edildi
- Deputatlığa namizədlərin sayı 1399 olub
- Deputatlığa namizədin əmisi oğlu narkotikə görə həbs edildi
- Deputatlığa namizədlərin sayı açıqlanıb
- Deputatlığa namizədlərin 282-si işsiz, 40 nəfəri təqaüdçüdür
- Deputatlığa namizədlərin sayı 1542-yə çatıb
- Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatıb
- Deputatlığa namizədlərin seçkiqabağı təşviqatı başladı