Nazirlik bərbad vəziyyətdə olan məktəblə bağlı açıqlama yaydı


17:05     11 Fevral 2020 2020/02/bc848e3f-96ac-40ab-aa34-c733d6f373d5_1581426436.jpg

Sosial şəbəkələrdə Şəmkirin Varlı Həyat kəndində yerləşən Kəlbəcər rayon 96 nömrəli məktəbin tədris üçün tamamilə şəraitsiz olması ilə bağlı video yayılıb.


Görüntülərdən aydın olur ki, məktəb bərbad vəziyyətdədir və uçqun təhlükəsi altındadır.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şəmkirin Varlı Həyat kəndində yerləşən Kəlbəcər rayon 96 nömrəli məktəbin şagird və müəllim heyətinin yaxınlıqdakı məktəbə köçürülməsi nəzərdə tutulur:

"Bunun üçün müvafiq nəqliyyat təşkil olunacaq. Sözügedən məktəbin yerində modul tipli məktəb quraşdırılacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 746