Bakı şəhər İcra Hakimiyyəti mitinq keçirilməsinə icazə vermədi


16:13     12 Fevral 2020 20_02_12_1581509601.jpg


Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları və digər müxalifət nümayəndələrinin Bakıda mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

İcra HakimiyyətindənFemida.az-a verilən məlumata görə, meriyada müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Xatırladaq ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri, Nəsimi rayonu, metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.

Femida.az

Açar sözlər: #mitinq  

Oxunub: 623